• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Hacı Nuran Röyaya evlənmək təklifi etdi
 "Duetlərin anasıyam. Bilirəm kiminlə, harada oxumaq lazımdır. Əkbərlə (müğənni Əkbər Əliyev - red.) dostuq, amma hələ duet oxumuram. Məqamını və mahnını gözləyirəm".
Lideraz.Tv axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Röya Ayxan "Hər şey daxil" verilişində qonaq olarkən deyib. Duet oxumağı sevdiyini söyləyən sənətçi, ifalarının uğurlu alındığını bildirib.
Röya bir vaxtlar səsləndirdiyi və məşhur olan "Qadın" mahnısından söz açıb. O bildirib ki, sözügedən bəstəni həyatının ən ağır dönəmində səsləndirib:
"Qadın" əsərdir, mənalı və ağırdır. Vaqif Gərayzadənin mahnıları əsərdir. 2008-ci ildən məndə idi. Dərk edəndən sonra oxudum. Həyatımda ailə, ayrılıq oldu. Dərk etmədən əvvəl onu oxumağım mümkün deyildi".
Röya dostu, aparıcı Hacı Nuran Hüseynovla bağlı maraqlı etiraf da edib:
"Hacı mənə evlənmək təklif edib. Deyir, gəl evlənək. Amma ona ərə getmərəm. Çünki gecələr evə gəlmir".шаблоны для dle 11.2
Tarix: 26-08-2019, 12:40
Baxış sayı: 36



«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930