• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Türkiyə prezidentinin Azərbaycana səfərinin vaxtı dəqiqləşdi
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 3-də Azərbaycana səfər edəcək.

Lideraz.Tv BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə özəl olaraq Türkiyə hökumətindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, türkiyəli lider Türk Şurasının Bakıda keçiriləcək VII iclasında iştirak etmək üçün, eləcə də qurumun 10 illiyinə həsr olunmuş tədbirə qatılmaq üçün Azərbaycana səfər edəcək.

Qeyd edək ki, Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Türk Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan daxildir.шаблоны для dle 11.2
Tarix: 9-08-2019, 12:40
Baxış sayı: 27



«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031