• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Mir Şahin və Rauf Arifoğlu AzTV-də - Foto

Aparıcılar Rüfət Həmzəyev və Türkay Verdiyevanın təqdimatında bu axşam saat 21:30-da efirə gedəcək "Əsas məsələ" tok-şousunda "Ulu Öndər Heydər Əliyev və media" mövzusu müzakirə olunacaq.

Kult.az xəbər verir ki, verilişin qonaqları Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Məmmədov, "Yeni Musavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu, Real TV-nin Baş direktoru Mir Şahin Ağayev və siyasi şərhçi Tofiq Abbasovdur.

Qonaqlar dövrün ictimai-siyasi proseslərini, eləcə də ulu öndər Heydər Əliyevin KİV-ə, media nümayəndələrinə münasibəti və mətbuatla əməkdaşlığı barədə fikirlərini bölüşəcəklər.


 шаблоны для dle 11.2
Tarix: 12-06-2019, 16:32
Baxış sayı: 32



«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031