• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Mehriban Əliyeva pilotumuz Rəşad Atakişiyevin ailəsinə başsağlığı verdi
 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Silahlı Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin ailəsinə başsağlığı verib.
Lideraz.Tv Apa-ya istinadən xəbər verir ki, Mehriban Əliyeva pilotun vida mərasiminə əklil də göndərib.
Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.
Pilot bu gün II Fəxri Xiyabanda torpağa tapşırılıb.шаблоны для dle 11.2
Tarix: 21-08-2019, 12:00
Baxış sayı: 32



«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930