• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Baş nazirdən QƏRAR - Bu qurum da büdcədən maliyyələşəcək
 Nazirlər Kabineti "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli qərara dəyişiklik edib.
Lideraz.Tv Sonxeber.az-a istinadən xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Büdcədən maliyyələşdirilən qurumlar" hissəsinə əlavə edilib.
Qeyd edək ki, Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi Prezident İlham Əliyevin bu ilin yanvarında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanına əsasən yaradılıb.шаблоны для dle 11.2
Tarix: 21-08-2019, 10:30
Baxış sayı: 28



«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930