• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Azərbaycanın hərbi təyyarəsi qəzaya uğradı - Xəzərə düşdü
 İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Lideraz.Tv Milli.Az-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, ilkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.
Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.шаблоны для dle 11.2
Tarix: 25-07-2019, 10:25
Baxış sayı: 7



«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031