• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Azərbaycanın turizm potensialı Hindistanda təqdim olunacaq
 9-13 sentyabrda Azərbaycan Turizm Bürosu tərəfindən Hindistanın Delhi, Benqaluru və Mumbay şəhərlərində silsilə təqdimatlar təşkil ediləcək.
Lideraz.Tv Milli.Az-a istinadən xəbər verir ki, Dövlət Turizm Agentliyindən verilən məlumata görə, "Azerbaijan-India Roadshow on Travel Trade" adlı tədbirdə Azərbaycandan 16, Hindistandan 100-ə yaxın turizm şirkəti iştirak edəcək.
Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq və gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılacaq.
Təqdimatlar çərçivəsində Hindistan turizm şirkətlərini Azərbaycanın turizm potensialı barədə ətraflı məlumatlandırmaq və maraq doğuran sualları cavablandırmaq məqsədilə mətbuat konfransı təşkil olunacaq.шаблоны для dle 11.2
Tarix: 21-08-2019, 13:35
Baxış sayı: 37



«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930