• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
"Türk Hava Yolları"ndan viza rejiminin ləğvi ilə bağlı ÖZƏL: Aviadaşımalar artacaq
 
Viza rejiminin ləğv edilməsi "Türk Hava Yolları" ilə Azərbaycana daşınmaları artıracaq.
Lideraz.Tv Trend-ə istinadən xəbər verir ki, bunu özəl olaraq "Türk Hava Yolları"nın Bakı nümayəndəliyinin direktoru Seyfulla İlyas deyib.
Direktorun sözlərinə görə, Azərbaycana səfər edən Türkiyə vətəndaşları daha öncə də çox asan şəkildə viza alırdılar. Lakin viza rejiminin ləğvi ilə Türkiyədən Azərbaycana gələn turistlərin sayı artacaq.
Qeyd edək ki, ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sentyabr ayının 1-dən etibarən Azərbaycanın Türkiyə vətəndaşları üçün tətbiq edilən viza rejimini ləğv edəcəyi barədə bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi isə Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlandığını təsdiq edib.шаблоны для dle 11.2
Tarix: 26-07-2019, 13:00
Baxış sayı: 13



«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031