• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
“AB Standard”a aid olan 7 şirkət ləğv olundu
 “AB Standard” QSC-yə daxil olan, eləcə də bu holdinqlə əlaqəli 7 şirkət ləğv olunduğunu elan edib.
Lideraz.Tv Unikal.org-a istinadən xəbər verir ki, bu barədə “Vergilər” qəzeti məlumat verib.
Söhbət “AB Trading”, “AB Travel”, “AB Skybell”, “Masalt”, “Avto Şop”, “Standard Futbol Klubu” MMC-lərdən, eləcə də “AB Service” firmasından gedir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 25, mənzil 54 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "AB Standard" şirkətlər qrupu 2002-ci ildə yaradılıb. Bu holdinqə ləğv prosesində olan "Bank Standard" QSC, fəaliyyətdə olan "Standard Insurance" Sığorta Şirkəti ASC, "Standard Lizinq" MMC, qiymətli kağızlar bazarındakı yeni qaydalarla əlaqədar fəaliyyətini dondurmuş "Standard Kapital" MMC daxildir. Şirkətlər qrupunun sahibi sabiq iqtisadi inkişaf naziri Heydər Babayev və onun ailə üzvləridir.шаблоны для dle 11.2
Tarix: 25-07-2019, 11:40
Baxış sayı: 7



«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031