• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Qaxda hamilə qadın özünü öldürmək istədi
 Qax rayonunun Turaclı kəndində hamilə qadın özünə xəsarət yetirib.

Lideraz.Tv “qafqazinfo”ya istinadən xəbər verir ki, gecə saatlarında A.Vəliyeva bədəninin müxtəlif nahiyələrini yaralayıb.

Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadına baş və sifətin cırılmış-kəsilmiş yaraları diaqnozu qoyulub. Hazırda reanimasiya şöbəsində olan xəstə koma vəziyyətindədir.

Anası bildirib ki, A.Vəliyeva ailəsi dağıldığı üçün özünü öldürmək istəyib:

“Ötən ilin noyabr ayında ailə qurub, 4-5 gün olar ki, ailəsindən ayrılıb atası evinə gəlib”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, xəstənin başın müxtəlif nahiyələrində travmalar, boğazda boğulma izləri olub və xəstənin huşu özündə olmayıb.

Müayinə zamanı qadının 2 aylıq hamilə olduğu müəyyən edilib.

Lazımi tibbi yardım göstərildikdən sonra xəstənin huşu qayıdıb.

Hazırda reanimasiya şöbəsindədir vəziyyəti orta-ağır stabil qiymətləndirilir. шаблоны для dle 11.2
Tarix: 26-08-2019, 13:45
Baxış sayı: 29



«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930