• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Goranboyda qəza - 3 nəfər xəsarət aldı, biri 2 aylıq körpədir
 Ötən gün Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə saat 16:00 radələrində rayonun Şahməmməd kəndi ərazisində qeydə alınıb. Tərtər rayonundan Gəncəyə gedən minik avtomobilinin yolda digər maşınla toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar hadisə yerinə cəlb olunan Təcili Tibbi Yardım briqası ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Lideraz.Tv Trend-ə istinadən xəbər verir ki, xəstəxanadan verilən məlumata görə, onlar Rusiya vətəndaşı - 1964-cü il təvəllüdlü Məcnunbəyova Dinara Çingiz qızı sol bud sümüyünün sınığı, döş qəfəsinin küt travması, sürücü - 1972-ci il təvəllüdlü Niftəliyev Talış döş qəfəsinin küt travması və 2 aylıq körpə Cəfərli Məryəm Orxan qızı başından yüngül travma alıb.
Xəstəxanadan bildirilib ki, M.Dinara öncə şok vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. O, ilkin tibbi tədbirlərdən sonra şok vəziyyətdindən çıxarılıb, daha sonra xəstənin yaxınları onu Gəncə şəhərinə aparıblar. Digər xəsarət alanlar da Gəncəyə göndəriliblər.шаблоны для dle 11.2
Tarix: 26-08-2019, 11:05
Baxış sayı: 37



«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930