• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
94 yaşlı kişi diri-diri yandı - Azərbaycanda FACİƏ - VİDEO
 Masallıda yaşayış evi yanıb. 

Lideraz.Tv APA TV-yə istinadla xəbər verir ki, bədbəxt hadisə rayonun Musaküçə kəndində qeydə alınıb. Hadisə yerinə FHN-nin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürmə maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın kəşfiyyatı zamanı oradan ev sahibi Xeyrulla Babayevin yanmış meyiti aşkarlanıb. Mərhumun oğlunun dediklərinə görə, atası 65 ilə yaxın müəllim işləyib və həyat yoldaşının vəfatından sonra evdə tək yaşayırmış.

1925-ci il təvəllüdlü Xeyrulla Babayev mətbəx otağında qaz sobasını yandırıb və ev alışmağa başlayıb. Yanğın şiddətləndiyi vaxt o, evdə köməksiz vəziyyətdə qalıb:

“Gəldim gördüm ev kül olub. Özü də içəridə kül olub. Yanğın qazdan olub. 94 yaşı vardı, tək yaşamaq istəyirdi”. 9 övlad atası olan Xeyrulla Babayevin meyiti daxili və xarici müayinə olunmaqdan ötrü Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı filialına təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır. 
шаблоны для dle 11.2
Tarix: 9-08-2019, 13:25
Baxış sayı: 29



«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031