• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Rusiyadan kamazla Azərbaycana görün nə gətirdi!
 Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Kamaz" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Lideraz.Tv Unikal.org-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, yoxlama zamanı yük avtomobilinin alt hissəsində, nəqliyyat vasitəsi üçün nəzərdə tutulan ümumilikdə 6 adda 43 ədəd ehtiyat hissələri aşkar edilib.
Bundan başqa, "Samur" gömrük postunun idxal-nəzarət xəttinə Rusiya istiqamətindən daxil olan "DAF" markalı yük maşının "Belomorkanal" markalı papiroslar aşkarlanıb. Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçirən gömrükçülər, nəqliyyat vasitəsinin oturacağının altında, ön panelin və taxoqrafın arxasında ümumilikdə 50 qutu "Belomorkanal" markalı papirosların gizlədildiyini müəyyən ediblər.
Hər iki faktla bağlı araşdırma aparılır.шаблоны для dle 11.2
Tarix: 26-08-2019, 16:30
Baxış sayı: 37



«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930