• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Bakıda fantastik qiymətə yemək — 250 qramı 1500 manat
 Bakıdakı restoranlardan birində təklif olunan yeməklərin qiyməti "dodaq uçuqladır”.
Lideraz.Tv baku.post-a istinadən xəbər verir ki, JW Marriott Hotel Absheron otelində yerləşən "OroNero Bar & Ristorante”nin menyusunda hətta bir porsiyası 1500 manata olan yeməyə də rast gəlinir.
Qurmanlara təqdim edilən qara kürü, qaymaq və nehrə yağından ibarət CAVIALE-BAKU OSETRA CAVIAR yeməyini dadmaq istəyənlər nə az, nə çox düz 1520 manatlarından keçməlidirlər. Onu da bildirək ki, 1520 manata bu təamin cəmi 250 qramı verilir.
"OroNero Bar & Ristorante” orijinal İtalyan mətbəxi nümunələri, müxtəlif kokteyl və şərab növləri təqdim edir.
Restorana yalnız əvvəlcədən rezervasiya etməklə getmək mümkündür.шаблоны для dle 11.2
Tarix: 26-08-2019, 16:00
Baxış sayı: 36



«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930