• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Ağsuda dağlıq ərazidə yanğının yayılmasının qarşısı alınıb
 Avqustun 22-də gündüz saat 14 radələrində Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında baş verən yanğının yayılmasının qarşısı alınıb.
Lideraz.Tv "Report"a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Ağsu yanğından mühafizə hissəsindən verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 35 nəfər şəxsi heyəti, 5 texnikası, Mülkü Müdafiə Qoşunlarının 35 nəfər şəxsi heyəti, 2 texnikası cəlb olunub. Ümumilikdə nazirliyin 70 nəfər şəxsi heyəti və 7 texnikası ərazidədir.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
шаблоны для dle 11.2
Tarix: 26-08-2019, 12:25
Baxış sayı: 32



«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930