• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Daşkəsəndə güclü külək fəsadlar törətdi
 Daşkəsən rayonunda güclü külək əsib, dolu və leysan yağış yağıb.
Lideraz.Tv "Report"a istinadən məlumatına görə, leysan yağışla müşayiət olunan güclü külək nəticəsində Daşkəsən şəhərinin, rayonun qəsəbə və kəndlərinin bəzi yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə, rayonun elektrik dirəklərinə, o cümlədən elektrikötürücü xətlərə, habelə fərdi təsərrüfatlara ziyan dəyib.
Güclü külək habelə Daşkəsən şəhərində xeyli sayda ağacın budaqlarını qırıb. Daşkəsən Rayon İcra Hakimiyyətinin müvafiq komissiyası tərəfindən bərpa işləri aparılır və dəymiş ziyanın nəticələrini aradan qaldırmaq, təhlükəsizlik tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə qurumlar cəlb olunub.шаблоны для dle 11.2
Tarix: 26-08-2019, 10:15
Baxış sayı: 15



«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30