• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Hirkan Milli Parkında yanğın söndürülüb: Təngivanda tüstülənmə var
 Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğın tamamilə söndürülüb.
Lideraz.Tv Oxu.Az-a istinadən xəbər verir ki, parkın direktoru Azər Mirzəyev açıqlamasında bildirib ki, yanğın başa çatsa da, ərazi nəzarətdə saxlanılır:
“Parkın ərzaisində yanğın olmasa da, qonşuluqdakı Lənkəran rayon, Təngivan kəndində tüstülənmə var.
Hazırda Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları tüstülənmənin qarşısını almağa çalışırlar”.
Qeyd edək ki, avqustun 20-si saat 14:00-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hirkan Milli Parkında, Lənkəran Təngivan kəndi yaxınlığındakı dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Mürəkkəb relyefli dağlıq ərazidə quru ot, kol-kos və seyrək ağaclıq yanıb.шаблоны для dle 11.2
Tarix: 23-08-2019, 16:40
Baxış sayı: 96



«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829