• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Yarıtmaz fəaliyyət, yoxsa “mövsümə hazırlıq”? – “Azəriqaz”dan İZAHAT
 Ölkənin az qala bütün bölgələrində davamlı xarakter almış müntəzəm qaz kəsintiləri əhalidə ciddi narazılıq doğurub.
Lideraz.Tv Yenicag.az-a istinadən xəbər verir ki, paytaxt Bakı da daxil olmaqla, əksər yaşayış məntəqələrində əhalinin təbii qazla təminatında bəzən bir neçə gün davam edən fasilələr yaranır.
Bu kəsintilər üzündən məişət problemləri ilə üzləşən vətəndaşların etirazına səbəb olan digər məqam “Azəriqaz” rəsmilərinin qeyd olunan fasilələrlə əlaqədar əksər hallarda əhaliyə xəbərdarlıq etməmələridir.
Qeyd olunan problemin səbəblərini öyrənmək üçün əlaqə saxladığımız “Azəriqaz” İstehsalat Birliyi (İB) mətbuat xidmətinin rəhbəri Ceyhun Əsgərovun məsələyə münasibəti konkret oldu.
O, bəhs olunan təbii qaz kəsintilərini payız-qış mövsümünə hazırlıq xarakterli işlərin həyata keçirilməsi ilə əlaqələndirib. “Azəriqaz” rəsmisi bu işlərin tezliklə yekunlaşdırılacağını bildirib.шаблоны для dle 11.2
Tarix: 23-08-2019, 14:05
Baxış sayı: 9



«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30