• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Bakı polisi sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT ETDİ
 Bakı şəhər Baş Polis  İdarəsi sosial şəbəkə istifadəçilərinə müraciət edib.
Lideraz.Tv Unikal.org-a istinadən xəbər verir ki, bu barədə açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev sosial şəbəkə istifadəçilərini diqqətli olmağa çağırıb:
"Sosial şəbəkə istifadəçiləri tərəfindən “Bakı şəhər Baş Polis İdarəsi” səhifəsində paylaşılan məlumatlara şərhlərin yazılması ilə bağlı heç bir məhdudiyyət tətbiq olunmur. İctimai əlaqələrin dərinləşməsi və genişlənməsi üçün fəaliyyəti təşkil olunan rəsmi səhifədə izləyicilərin şərhləri, verdiyi suallar operativ cavablandırılır. Lakin açıq səhifədə verilən suallara cavab verildikdən sonra sualın məzmunu “redaktə” olunur, verilən cavab kontekstdən çıxarılır. Bu, virtual təxribatdır.
Xahiş edirik belə hallara yol verməyin, bu səhifənin əsas məqsədi cəmiyyəti polisin fəaliyyəti ilə bağlı məlumatlandırmaqdır. Bunu edənlərin məqsədləri məlumdur. Əlavə şərh etmədən onlara tövsiyyə edirik ki, bu əməl ictimai fikri çaşdırmağa yönələn növbəti cəhddir. Belə şərhələr və suallar səhifə admini tərəfindən xəbərdarlıq edilmədən silinəcəkdir."шаблоны для dle 11.2
Tarix: 23-08-2019, 12:15
Baxış sayı: 8



«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30