• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Türkiyədə gizli neft satan azərbaycanlılar saxlanıldı
 Türkiyənin Qars şəhərində qaçaqmalçılıq yolu ilə neft ticarəti ilə məşğul iki azərbaycanlı saxlanılıb.
Lideraz.Tv Unikal.org-a istinadən məlumatına görə, Qars şəhərində polisin keçirdiyi əməliyyat zamanı benzin və dizel yanacağını qaçaqmalçılıq yolu ilə gətirilib və xüsusi çənlərə yükləndikdən sonra, satşını həyata keçirən 3 nəfər saxlanılıb.
Saxlanılanlardan iki azərbaycanlı olub. Onların neft çənlərindən ümumilikdə 31 min 268 litr yanacaq aşkar olunub.
Əməliyyatda 3 ədəd metal çən, 1 ədəd dalğıc nasos, 2 ədəd maye yanacaq sayğacı, 5 ədəd müxtəlif ölçülərdə rezin şlanq, 2 ədəd nasos tapançası ələ keçirilib.
Saxlanılan şəxslər məhkəməyə aparılıb. Saxlanılanlardan ikisi sərbəst buraxılıb. Digər biri isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.шаблоны для dle 11.2
Tarix: 23-08-2019, 12:00
Baxış sayı: 11



«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30