• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Bərdə rayonunda iki gənc intihar edib? - "Bizim kənddə belə hadisə baş verməyib" - AÇIQLAMA
Lideraz.Tv  BiG.AZ-a istinadən xəbər verir ki, yerli mətbuatda dünən axşam saatlarında Bərdənin Qasımbəyli kəndin sakinlərin intihar etməsi ilə bağlı xəbər yayılıb. Belə ki, kənd sakini, 1990-cı il təvəllüdlü İlyasov Tural Xəqani oğlu özünü bıçaqlayıb. Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılan gəncin həyatını xilas etmək mümkün olmayıb. Bundan əlavə eyni vaxtda həmin kənddə yaşayan 2000-ci il təvəllüdlü Əliyeva Bahar Əhliman qız isə özünü asıb. İntihar edən şəxslərin Qasımbəyli kəndində qapıbir qonşu olduğu bildirilir.

BiG.AZ məsələ bağlı Qasımbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi ilə əlaqə saxlayıb. 

Qasımbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər İsmayılov bildirib ki, bir intihar hadisəsi olmayıb: "Mən hadisəni bələdiyyə sədri maraqlandım. Hətta kənd sakinlərindən də soruşdum. Onlar belə bir intiharın kənddə baş vermədiyini söylədi. Xəbərdə adı hallanan gənclər ümumiyyətlə bizim kənddə yaşamır. Qasımbəyli balaca kənddir. Belə bir hadisə baş versəydi hər kəs bilərdi. Çünki kənddə kiçik bir hadisə olan kimi hər kəsin xəbəri olur. Bıçaqlanma və intihar hadisəsi olsaydı kənd sakinləri bundan xəbərdar olardı. Amma yenə də araşdırma aparırıq. Kənddə gələn yolda meşəlik ərazidə məcburi köçkünlər yaşayır. Bizim ərazi olamasa da yenə də araşdırıram". 

Bərdə rayon Mərkəzi Xəstəxanası ilə də əlaqə saxladıq. 

Xəstəxanadan verilən məlumata görə Tural İlyasov xəstəxanaya yaralı şəkildə gətirilib: "29 yaşlı gənc dərhal əməliyyata qaldırılsa da onun həyatını xilas etmək mümükün olmayıb. Digər intihar edən gənc Bahar Əliyeva ilə xəstəxanaya gətirilən zaman isə ölmüşdü". шаблоны для dle 11.2
Tarix: 23-08-2019, 11:45
Baxış sayı: 9



«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30