• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Yanıb kül olan taxta bazarında son vəziyyət: "Nəyim vardı hamısı yandı"
 Dünən Bakının Nərimanov rayonu ərazisində Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verib.
Lideraz.Tv BAKU.WS-ə istinadən xəbər verir ki, yanğın sahəsi 1500 kvadratmetrdən artıq olan hadisə yerinə 32 texnika, 250-dən artıq canlı qüvvə cəlb olunub.
Yanğın baş verən tikinti materialları bazarına baş çəkdik. Yanan sexlər, taxta materialları və dəzgahları müşahidə etdik.
Ərazidə olarkən həm FHN əməkdaşları, həm də sex işçilərinin yanan taxtaları ərazidən topladığının şahidi olduq.
Bundan əlavə həm fəhlələr, həm də sahibkarlardan münasibət öyrəndik. Fəhlələr yanğının 8 sexi əhatə etdiyini və dəyənən ziyanın 5 milyon manata yaxın olduğunu vurğuladılar.
Sahibkarlar isə yanğın zamanı bütün olan-qalan mallarının yandığını və əvvəlcədən bunların sığortalanmadığını təəssüflə bildirdilər.шаблоны для dle 11.2
Tarix: 23-08-2019, 11:35
Baxış sayı: 57



«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930