• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Bakıda pişik balası uşağın ölümünə səbəb oldu
 Sabunçu rayonunun Maştağa qəsəbəsində səkkiz yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb.
Lideraz.Tv Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Sabunçu rayon Polis İdarəsindən bildirilib.
Məlumata əsasən, bədbəxt hadisə "Ləhic bağları" adlanan ərazidə, 473 nömrəli yaşayış evinin qarşısındakı transformatorun yaxınlığında baş verib.Hadisə nəticəsində 2011-ci il təvəllüdlü Ələkbər Yusif oğlu Ələkbərov vəfat edib.
Polislərin bildirdiyinə görə, axşam saatlarında uşaq pişik balasını yedirdərkən, heyvan qaçaraq transformatorun arxasına girib. Ələkbər pişiyi götürmək üçün özünü transformator və qaz borusunun arasına saldıqda onu cərəyan vurub. Nəticədə, uşaq yanıb, onun həyatını xilas etmək mümkün olmayıb.
Ə.Ələkbərov bu il ikinci sinfə gedəcəkdi.шаблоны для dle 11.2
Tarix: 23-08-2019, 11:25
Baxış sayı: 8



«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30