• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
"Taxta bazarı"ndakı yanğınla bağlı xəstəxanaya yerləşdirilən şəxslər evə buraxılıb
 Paytaxtın Nərimanov rayonundakı "Taxta bazarı" kimi tanınan ərazidə baş verən yanğınla əlaqədar xəstəxanaya yerləşdirilən şəxslər evə buraxılıb.
Lideraz.Tv Trend-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, hadisə ilə bağlı Kliniki Tibbi Mərkəzə çatdırılan Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının vəziyyətləri tam normallaşdığından xəstəxanadan buraxılıb. Hazırda baş verən hadisə ilə bağlı xəstəxanalara müraciət yoxdur.
Xatırladaq ki, hadisə ilə bağlı 6 nəfər xəsarət almışdı. Onlardan 5-i FHN əməkdaşı idi. FHN əməkdaşlarından 3 nəfərə yerində tibbi yardım göstərilsə də, 2 əməkdaş və bir mülki şəxs xəstəxanaya yerləşdirilmişdi.шаблоны для dle 11.2
Tarix: 23-08-2019, 10:55
Baxış sayı: 7



«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30