• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
1 ildən sonra tapılan avtoxuliqan DANIŞDI: “Hər gün saxlama əmri verilirdi” - VİDEO
 "10-15 gün olar. Hər gün saxlama əmri verilirdi. Nömrə maşının öz nömrəsi deyildi. Lipa nömrə idi. Başqa maşının nömrəsi idi".

Lideraz.Tv ARB TVyə istinadən bildirir ki, bu sözləri ARB TV-yə açıqlaması zamanı uzun müddətdir axtarışda olan 30 yaşlı Kamil Babayev deyib.

Bu azmış kimi o maşınına taxdığı saxta nömrənin alfabit yazılışına da müdaxilə edib. Səbəbi isə avtomobilin mülkiyyəti olduğu bank tərəfindən axtarışa verilməsi ilə bağlıdır.

Dəfələrlə qayda pozuntusuna yol verdiyindən yol polisi tərəfindən saxlanılmağa cəhd edilsə də, təhlükəli hərəkətlər edərək yayınmağı bacarıb. Amma onu son olaraq yaşadığı, kubinka kimi tanınan ərazidə saxlamaq mümkün olub.

Kamil Babayevin ələ keçməməsi üçün canfəşanlıq edən həm də tanışı Məmmədəli Turabov olub. Həmin dırnaqarası dost isə saxlanılarkən polislərin üzərinə dönər bıçağı çəkib.

Vaqif Əsədov - BŞDYPİ-nin bölmə rəisi: "Kobud yol hərəkət qaydalarını pozaraq ətrafdakıların hərəkətinə real təhlükə yaradıblar. Yəni avtoxuliqanliq edib. Hazırda qeyd edilən sürücü Yasamal rayonu yol polisi şöbəsi əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib. Bir ildən artıqdır ki, 10- PS-510 Dövlət nömrə nişanı Kamil Babayev tərəfindən evdə saxlanılır".

Nəsimi rayon polis idarəsində toplanılan materiallar əsasında məhkəmə Kamil Babayevi 1 il müddətinə sürücülük hüququndan məhrum edib. Bundan başqa 200 manat cərimə və üstəlik 30 sutka həbs cəsazı da Kamilin əməlinə verilən hüquqi qiymətdir.шаблоны для dle 11.2
Tarix: 22-08-2019, 16:05
Baxış sayı: 8



«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30