• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Bir olayın faş etdiyi şəbəkə - Aktyor prezidentə və hüquq-mühafizə orqanlarına müraciət etdi - VİDEO
 Tanınan aktyor, rejissor Rza Rzayev prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya və ölkənin hüquq-mühafizə orqanları rəhbərlərinə video-müraciət ünvanlayıb.
Lideraz.Tv Yenicag.az-a istinadən xəbərinə görə, videomüraciətin təqdimatında R.Rzayev bildirib ki, məkrli niyyətləri ilə cəmiyyətimizin bir çox sahələrinə nüfuz etmiş bir terror şəbəkəsinə qarşı ölüm-dirim mübarizəsində iki ilə yaxındır ki, mübarizə aparmaqdadır: “Bir-birimizin yanındayıq, sınanırıq, eyni zamanda, mübarizə dərinləşdikcə quzu cildinə girmiş bu terror təşkilatının üzvlərinin canavar sifəti göründükcə və biz onu cəmiyyətimizə göstərə bildikcə bir daha haqlı olduğumuzu anlayıb bərkiyirik, güclənirik. Haqq o zaman gücə çevrilir ki, onu axıra qədər daşıya biləsən. Biz bir-birimizə həmişə inanmışıq. Lakin bu inam bu terror təriqətinin üzvlərini bir-birilərinə bağlayan kor-koranə, bir düymədən basılan zombi inamı deyil. Bu inam hadisələrə eyni baxış bucağından baxan azad və cəsarətli insanların bir-birlərinə olan inamıdır, cəmiyyət və vətən qarşısında məsuliyyət hissindən doğan inamdır. Allaha çox şükür ki, zamanın bütün aşınmalarına baxmayaraq biz bu hissi qoruyub saxlaya bilirik. Daha çox faktlara əsaslanan bu video-müraciət mənim vətəndaşlıq haqlarımın ifadəsi ilə bərabər bu mübarizədə dərin inam və cəsarətlə mənə dəstək olan dostlarımın, mübarizə yoldaşlarımın qarşısında bir vicdan mühasibəsidir. Baxın və bir daha əmin olun ki, cəmiyyətin əzalarını sarıb xərçəng kimi yayılmaq istəyən FETÖ fəlakətinə qarşı mübarizədə biz nə qədər haqlıyıq!”/AFN /
Həmin videomüraciəti təqdim edirik:шаблоны для dle 11.2
Tarix: 22-08-2019, 15:40
Baxış sayı: 12



«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30