• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Azərbaycanda gənc valideynlər beş uşağı atıb: birinin 22, digərinin 23 yaşı var
 Azərbaycanda ata və ana beş övladını atıb.

Lideraz.Tv Oxu.Az-a istinadən xəbər verir ki, bunu açıqlamasında "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Onun sözlərinə görə, hazırda uşaqlar nənələrinin himayəsindədirlər:

"Ötən il uşaqlar Birliyin sığınacağına gətiriliblər. Ananın 22, atanın isə 23 yaşı var. Anası və atası dörd uşağı atıb gediblər. Bir müddət sonra nənə sığınacağa gələrək onları himayəsinə götürdü və özü də bir müddət uşaqlarla sığınacaqda qaldı.

Daha sonra nənəsi uşaqları öz evinə aparıb. Həmin müddətdə qadın bir uşaq da dünyaya gətirib, onu da anasının yanında qoyub gedib".

M.Zeynalova qeyd edib ki, valideynlər uşaqlarına baş çəkmirlər:

"Onların niyə bu cür hərəkət etməsi məlum deyil. Uşaqların xalası deyir ki, atası əvvəllər uşaqları görməyə gəlirmiş və kömək edirmiş, amma indi heç nə etmir.

Sığınacaq bacardığı qədər dəstək göstərməyə çalışır. Geyim, ərzaq köməyi edirik. Nənə olmasa, uşaqlar kimsəsiz qalacaq və körpələr evinə yerləşdiriləcək".шаблоны для dle 11.2
Tarix: 22-08-2019, 15:25
Baxış sayı: 10



«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30