• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Nəzarətsiz qeyri-çimərlik ərazisində batan 4 uşaqdan sonuncusunun axtarışları davam etdirilir
 Dünən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində dənizdə batan 4 uşaqdan birinin - Zeynəb  Cəfərzadənin axtarışları davam etdirilir.
Lideraz.Tv APA-ya istinadən məlumatına görə, bu gün səhər saatlarından axtarış işlərinə başlanıb.
Hadisə baş vermiş ərazinin və axtarış işlərinin videosu yayılıb. Videodan da aydın görünür ki, ərazi qeyri-çirmərlik ərazisidir, vətəndaşların dənizdə çimməsi üçün çox əlverişsiz və təhlükəlidir.
Həmin yer Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin gəmilərinin nəzarət etdiyi ərazidən 2 km kənarda yerləşir və nəzarətsiz ərazidir.
Qeyd edək ki, dünən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində dənizdə 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızı, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlu, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızı və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızı batıb. M.Cəfərovanın, Ə.Cəfərovun və L.Cəfərzadənin cəsədləri nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
шаблоны для dle 11.2
Tarix: 11-08-2019, 13:35
Baxış sayı: 2



«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031