• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Nardaranda batan ailə niyə nəzarət olmayan əraziyə gedib? - Faciənin təfərrüatı
 Nardaran çimərliyində 4 uşağın batması ilə nəticələnən faciənin təfərrüatı məlum olub.
Lideraz.Tv Oxu.Az-a istinadən əldə etdiyi məlumata görə, uşaqlar iki qardaşın övladları olublar.
Belə ki, həmin gün Ramin Cəfərzadə qardaşının uşaqlarını da götürərək dənizə aparıb.
Lakin onun həyat yoldaşı hamilə və hicablı olduğu üçün nəzarət olmayan əraziyə gediblər.
Uşaqlar dənizdə batan zaman Ramin özü də boğulurmuş. Lakin ətrafdakılar atanı xilas edə bilsə də, uşaqlar boğularaq ölüblər.
Qardaşlardan birinin iki qızı, digərinin isə qızı ilə oğlu boğulub.
Onlardan üçünün meyiti sudan çıxarılsa da, Zeynəbin meyitinin axtarışları hələ də davam etdirilir.
Batan uşaqların Yardımlı rayonundan olduğu bildirilir. Onlar Alatava qəsəbəsində yaşayırlar.шаблоны для dle 11.2
Tarix: 11-08-2019, 13:30
Baxış sayı: 3



«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031