• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Tovuzda qəzada üç nəfər ölüb
 Daxili İşlər Nazirliyi (DİN) Tovuzda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Lideraz.Tv Unikal.org-a istinadən xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildiriblər ki, Tovuz şəhəri ərazisində Aşağı Quşçu kənd sakini A.Abbasovun idarə etdiyi “VAZ-21011”, Qazqulu kənd sakini Kamran Qasımovun idarə etdiyi “Daewoo” və Abulbəyli kənd sakini Müzəffər Hüseynzadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə M.Hüseynzadə, K.Qasımov və onun avtomobilindəki sərnişinlərdən Cəlilli kənd sakini Nailə Murtuzəliyeva hadisə yerində ölüb, xəsarət almış digər üç sərnişin xəstəxanaya yerləşdirilib.
Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.шаблоны для dle 11.2
Tarix: 9-08-2019, 15:45
Baxış sayı: 3



«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031