• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Kəsim məntəqələrində dezinfeksiya işləri pulsuz aparılacaq
 Qurban Bayramı ərəfəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kəsim məntəqələrində dezinfeksiya işləri pulsuz aparılacaq.
Lideraz.Tv Sonxeber.az-a istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bakı Şəhər Baytarlıq İdatəsinin şöbə müdiri Rafiq Allahverdiyev deyib.
O qeyd edib ki, həmişə dövlət qurumları tərəfindən Qurban bayramı ərəfəsində yaradılan məntəqlərdə təmizlik və dizenfeksiya işləri aparılır: "Bu xidmətlər istər bayram günlərində, istərsə də digər günlərdə ödənişsizdir. Məqsədimiz hər hansı infeksion xəstəliklərin keçiciliyin qarşısını almaqdır. Bu səbəblə bayram günlərindən sonra cadırtipli kəsim məntəqələri yığışdırılanda yenidən təmizlik işləri aparılacaq".
R.Abdullayev əlavə edib ki, göstərilən xidmət fərdi qaydada müraciət edən vətəndaşlar üçün ödənişlidir:
"Əgər vətəndaş özü dezinfeksiya işləri ilə bağlı bizə müraciət edirsə, bu zaman əvvəlcədən təyin edilmiş dövlət rüsumu ödəməlidir. Dezinfeksiya işləri bir kvadrat metrə görə 0,06 qəpikdən hesablanır".шаблоны для dle 11.2
Tarix: 9-08-2019, 14:25
Baxış sayı: 32



«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031