• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Yağış "Binə" Ticarət Mərkəzində fəsadlar yaratdı: - Sahibkarlar Kəbirə Məmmədovdan kompensasiya tələb edirlər
 Bakıda yağan yağış Binə Ticarət Mərkəzində ciddi fəsadlar yaradıb.
Lideraz.Tv Unikal.org-a istinadən verdiyi məlumata görə, mağaza sahibləri, satıcılar dükan və anbarlara dolan suyu təmizləməyə çalışsalar da, hələlik buna nail ola bilməyiblər. Əksər sahibkarlara ciddi ziyan dəyib.
Adlarını açıqlamaq istəməyən sahibkarlar bunun günahını “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovada görürlər: "Hər yağış yağanda eyni problemlə üzləşirik. Ayın sonu çatmamış, bizdən icarə pulları yığırlar. Hələ üstəlikdə digər xərclər adı ilə əlavə ödənişlər tələb olunur. Amma, adicə ticarət mərkəzinin dam hissəsini təmir etmək istəmirlər. Nəticədə də belə problem yaranır".
Sahibkarlar Kəbirə Məmmədovadan onlara dəyən zərərlə bağlı kompensasiya tələb edirlər.шаблоны для dle 11.2
Tarix: 9-08-2019, 11:55
Baxış sayı: 4



«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031