• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
İcra Hakimiyyətindən yağış açıqlaması: “Sədərəy”ə su giribsə, biz nə edək?
 Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxta yağan intensiv yağışdan sonra yollarda, keçidlərdə hərəkətin iflic olması barədə iddialara münasibət bildirib.
Lideraz.Tv Oxu.Az-a istinadən xəbər verir ki, BŞİH-in mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov açıqlamasında bildirib ki, hazırda paytaxtda ciddi problem yoxdur:
“Bakıda yağışdan sonra ciddi bir problem qeydə alınmayıb. İndi “Sədərək” ticarət mərkəzinə su giribsə, biz nə edək? Texniki, təsərrüfat xidmətləri adi iş rejimində işləyirlər”.
Badamdarda sürüşmə ərazisindən 20-ci sahəyə düşən yolun bağlı olmasının səbəbinə gəlincə, İ.Kərimov bildirib ki, həmin ərazi çoxdan bağlıdır:
“Həmin yol sürüşmə ilə əlaqədar olaraq bir ilə yaxındır bağlıdır və bu yaxınlarda açılışı nəzərdə tutulmur”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən günün ikinci yarısından yağışın kəsiləcəyi bildirilib.шаблоны для dle 11.2
Tarix: 9-08-2019, 11:30
Baxış sayı: 32



«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031