• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Rusiyada azərbaycanlı dəstə saxlanıldı - Bir milyonluq oğurluq
 Rusiyada avqustun 6-da dörd Azərbaycan vətəndaşı saxlanılıb.
Lideraz.Tv Oxu.az-a istinadən xəbər verir ki, onlar Sankt-Peterburq və Leninqrad vilayəti ərazilərində mağazalardan silsilə oğurluq etməkdə şübhəli bilinirlər.
Azərbaycanlılar avqustun 5-dən 6-na keçən gecə iki müxtəlif mağazadan bir neçə min rubl dəyərində siqaret və tənbəki, eləcə də ümumi qiyməti 1 milyon rubl olan mobil telefonlar oğurlayıblar.
Saxlanılan həmyerlilərimizdən ən böyüyünün 37, ən kiçiyinin isə 29 yaşı var. Onlardan biri daha əvvəl quldurluğa görə Rusiyada həbs edilib.
Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.шаблоны для dle 11.2
Tarix: 7-08-2019, 14:00
Baxış sayı: 11



«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30