• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Külək AZAL-ın işinə təsir edib?
 Heydər Əliyev Beynəlxalq Hava Limanı Bakı və Abşeron yarımadasındakı güclü küləyə baxmayaraq adi rejimdə işini davam etdirir.
Lideraz.Tv Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları"nın (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
P.Kəsəmənski bildirib ki, uçuş cədvəlində heç bir dəyişiklik yoxdur:
"Biz vəziyyəti izləməkdə davam edirik, dəyişiklik olarsa, bu barədə ətraflı məlumat veriləcək. Hələlik iş cədvələ əsasən adi rejimdə davam edir".
Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında avqustun 5-i səhərdən avqustun 8-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 5-də yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.шаблоны для dle 11.2
Tarix: 5-08-2019, 15:40
Baxış sayı: 25



«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031