• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Məşhur motosikletçi yürüş zamanı ağır kəllə-beyin travması aldı
 İtaliyalı idmançı "Yamaha"nın fransalı sürücüsü Fabio Kuartararo ilə toqquşub
Lideraz.Tv Sonxeber.az-a istinadən xəbər verir ki, "MotoGP" üzrə dünya çempionatında çıxış edən "Dukati" komandasının italiyalı motosikletçisi Andrea Dovitsiozo Böyük Britaniya Qran-Prisi zamanı ciddi qəza törədib.
Klubun mətbuat xidməti xəbər verir ki, qəzadan sonra xəstəxanaya yerləşdirilən italiyalı sürücünün ağır kəllə-beyin travması aldığı bildirilib. İtaliyalı idmançı "Yamaha"nın fransalı sürücüsü Fabio Kuartararo ilə toqquşaraq asfalta yıxılıb və onun motosikleti yanıb.
Qeyd edək ki, 20 dövrədən ibarət motoyürüşdə "Suzuki" komandasının üzvü Aleks Rins birinci olub. "Honda"nın üzvü, beşqat dünya çempionu Mark Merkes yarışı ikinci, Maverik Vinyales ("Yamaha") isə üçüncü pillədə başa vurublar.
Yarış cədvəlinə 250 xalla M.Merkes başçılıq edir. A.Dovitsiozo 172 xalla ikinci, A.Rins isə 149 xalla üçüncü pillədə qərarlaşıblar.
Növbəti yarış sentyabrın 15-də İtaliyada təşkil olunacaq. Mövsümə noyabrın 17-də İspaniyada yekun vurulacaq.шаблоны для dle 11.2
Tarix: 26-08-2019, 14:45
Baxış sayı: 1 055



«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031