• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
30 tonluq qaya ekskavatorun üzərinə aşdı
 Türkiyənin Karaman vilayətində ekskavatorun üzərinə 30 tonluq qaya aşıb.
Lideraz.Tv avtosfer.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ərmənək-Güneyyurd avtomagistralının 1-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, xüsusi bir şirkət tərəfindən yolun genişləndirilməsi zamanı torpaq sürüşməsi baş verib. Sürüşmə vaxtı yamacdan qopan təxminən 30 ton ağırlığındakı üç qaya parçasından ikisi yola yuvarlanıb, biri isə ekskavatorun üzərinə düşüb.
Xoşbəxtlikdən iri qaya ekskavatoru idarə edən operatorun içində olduğu kabinənin üzərinə düşməyib. Ancaq maşın idarə edilməz vəziyyətə çatıb. Sürüşmə baş verən magistralın 2 kilometrlik hissəsi 10 günlüyünə nəqliyyatın hərəkətinə bağlanıb.шаблоны для dle 11.2
Tarix: 26-08-2019, 14:35
Baxış sayı: 34



«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930