• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Xəzər dənizində 1 nəfər boğuldu - İran hissəsində
 "İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonunda Xəzər dənizində bir nəfər boğulub".
Lideraz.Tv Milli.Az-a istinadən xəbər verir ki, bunu İranın Astara rayonu idman və gənclər idarəsinin direktoru Vəhid Xassipur deyib.
V.Xassipurun sözlərinə görə, Xəzər dənizinin çimmək üçün nəzərdə tutulan ərazisindən kənarda çimmək istəyən Əhər rayonu sakini 17 yaşlı oğlan boğulub.
İdarə rəsmisi əlavə edib ki, xəbərdarlıqlara baxmayaraq, bəzi turistlər çimmək üçün nəzərdə tutulan ərazilərdə dənizdə çimmək istəyirlər.
V.Xassipur Astara rayonunda 70 nəfərin xilas edildiyini, 2 nəfərin isə boğulduğunu deyib.шаблоны для dle 11.2
Tarix: 26-08-2019, 13:30
Baxış sayı: 39



«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930