• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
ABŞ boksçusu ilə döyüşdən sonra ölən Maksim Dadaşov qızıl medala layiq görülüb
 ABŞ-dakı döyüşdən sonra ölən rusiyalı boksçu Maksim Dadaşov Avrasiya Peşəkar Boks Federasiyasının (EBP) qızıl medalına layiq görülüb.
Lideraz.Tv "Report"a istinadən xəbər verir ki, təşkilatın qurultayı 28 yaşlı idmançının xatirəsini yad etmək məqsədi ilə bir dəqiqəlik sükutla başlayıb.
Qeyd edək ki, Dadaşov iyulun 20-də Okson-Hill şəhərində Sabriel Matias ilə döyüşüb. Rusiyalı idmançı görüş ərzində zəif təsir bağışlayıb və son raundlarda ağır zərbələr alıb. 11-ci raundda onun komandası qarşılaşmanı dayandırıb. Dueldən dərhal sonra Dadaşovun halı pisləşib və o, xəstəxanaya yerləşdirilib. Ona beyin ödəmi diaqnozu qoyulub. Trepanasiya edildikdən sonra onun kəllə sümüyünün bir hissəsi çıxarılıb. Boksçu daha sonra komada saxlanılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Maksim Dadaşov 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının iştirakçısı olub. Dadaşov həmin yarışda 1/8 finalda məğlub olduqdan sonra peşəkar boks karyerasına başlayıb. O, 14 döyüşünün 13-də qalib gəlib.шаблоны для dle 11.2
Tarix: 23-08-2019, 14:25
Baxış sayı: 11



«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30