• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Suriya hökumət qüvvələri İdlibdə Türkiyəyə məxsus müşahidə məntəqəsinə atəş açıb
 Suriya hökumət qüvvələri İdlibdə Türkiyə Silahlı Qüvvələrinə (TSQ) aid olan müşahidə məntəqəsinə yenə hücum edib.
Lideraz.Tv APA-ya istinadən xəbərinə görə, bu dəfə TSQ-nin 8-ci müşahidə məntəqəsinə yaxın ərazi rejimin quru qoşunlarının pulemyotları ilə atəşə tutulub.
Son 10 gündür ki, Suriya qüvvələri Rusiya və İranın dəstək verdiyi əcnəbi terrorçu qrupların yardımı ilə İdlibdə irəliləyir. İdlibdə əsasən Əsəd rejiminə müxalif olan qüvvələr yerləşib.
Sözügedən bölgədən 17 sentyabr 2018-ci ildə imzalanan İdlib müqaviləsindən sonra 1 milyona yaxın Suriya vətəndaşı Suriya-Türkiyə sərhədinə köç edib. Yerli mənbələrdən bildirilib ki, hücumlar Maaretinuman ve Serakib rayonlarını da əhatə edərsə, didərginlərin sayı 1,5 milyona çatacaq.
Qeyd edək ki, Suriya hökumət qüvvələri avqustun 19-da 8 saylı müşahidə nöqtəsinin şərqindəki Moriqdə yerləşən  9 saylı müşahidə nöqtəsində TSQ-nin hərbi avtomobil karvanına havadan hücum edib, nəticədə 3 nəfər ölüb, 12 nəfər yaralanıb.шаблоны для dle 11.2
Tarix: 22-08-2019, 15:45
Baxış sayı: 12



«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30