• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
İranın cənubunda böyük narkomafiya zərərsizləşdirilib
 İranın cənubunda Hörmüzqan vilayətində narkotik maddələrin dövriyyəsi ilə məşğul olan silahlı mafiya zərərsizləşdirilib.
Lideraz.Tv Trend-ə istinadən məlumatına görə, bunu İranın Təhlükəsizlik Nazirliyi bəyan edib.
Məlumata görə, mafiya qonşu ölkələrdən birindən dəniz vasitəsilə gətirdiyi narkotik maddələrin böyük hissəsini İranda paylayır, qalanını isə tranzit edirmiş:
“Bu mafiyanın maliyyə dövriyyəsi 10 trilyon rialdan (rəsmi məzənnə ilə 238 milyon dollar, qara bazar məzənnəsi ilə 85,4 milyon dollar) çox olub".
İranın Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyatda mafiyanın əsas üzvləri saxlanılıblar. Onların üzərindən müəyyən miqdarda nağd pul, avtomobil, zinət əşyaları aşkarlanıb.
Məlumatda bildirilir ki, bu silahlı mafiyanın zərərsizləşdirilməsi ilə ildə onlarla ton narkotik maddənin İrana daxil olmasının qarşısı alınıb.шаблоны для dle 11.2
Tarix: 20-08-2019, 11:35
Baxış sayı: 13



«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031