• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Çində “Lekima” qasırğası - 1 milyon insan təxliyə edildi
 Çində şiddətli "Lekima" qasırğasının törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 28-ə çatıb. 
Lideraz.Tv qafqazinfo-ya istinadən xəbər verir ki, dünən Çin sahillərinə çatan qasırğa əsasən ölkənin Cıcian vilayətində ciddi tələfat və dağıntıya səbəb olub. Belə ki, Vencou şəhərinin Yoncia dairəsində qasırğanın gətirdiyi şiddətli yağışlar torpaq sürüşməsinə səbəb olub. Palçıq axını çayın qarşısını kəsib və daşqın suları qəsəbəni basıb. Vilayətdə 173 min hektar əkin sahəsi daşqın sularının atında qalıb, 34 min ev zərər görüb.
20 nəfərin itkin düşdüyü bildirilir.
Ümumilikdə, qasırğa səbəbindən 1 milyondan çox insan təxliyə edilib. Cıcian vilayətində qasırğanın törətdiyi fəsadlar 5 milyona yaxın sakinə mənfi təsir edib. Ümumi maddi zərər 14,57 milyard yuan (təxminən 2,1 milyard ABŞ dolları) qiymətləndirilir.
"Lekima" hazırda şimal istiqamətində Şandun vilayətinə doğru hərəkət edir. Güman olunur ki, günün sonunda qasırğa vilayətin sahillərinə çatacaq qasırğa güclü külək və şiddətli yağışlar gətirəcək. Hava limanlarından 47 təyyarənin uçuşu təxirə salınıb.Qasırğa ölkənin Anhuy, Fucien, Ciansu, Cıcian vilayətlərində, habelə Şanxay şəhərində və Tayvan bölgəsində şiddətli yağışlara səbəb olub.шаблоны для dle 11.2
Tarix: 11-08-2019, 13:00
Baxış sayı: 4



«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031