• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
“Daewoo” uçub ana və qızı öldürdü - VİDEO
 Dəhşətli görüntülər Türkiyənin Balıqəsir vilayətində qeydə alınıb.
Lideraz.Tv avtosfer.az-a istinadən xəbər verir ki, hadisə ötən gün Edremit-Çanaqqala avtomobili yolunun 4-cü kilometrliyinin Kadıköy məhəlləsindən keçən hissəsində baş verib.
Məlumata görə, İbrahim Bozqurdun (63) idarəetməsində olan 34 ZZ 0815 qeydiyyat nömrə nişanlı "Daewoo Damas" markalı avtomobilin idarəetməsini itirərək yol kənarında dayanan Naimə Qıldırı və qızı Seda Qıldırı vurub.
Nəticədə ana və qızı aldığı xəsarətlərdən həyatlarını itiriblər. "Daewoo"nun sürücüsü və iki sərnişini isə yaralanaraq, təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. Sürücünün vəziyyətinin ağır olduğu bildirilib.
Polis insidentlə bağlı araşdırmalara başlayıb.Qəzanın kadrları yaxınlıqda yerləşən bir iş yerinin təhlükəsizlik kamerasına düşüb.шаблоны для dle 11.2
Tarix: 9-08-2019, 13:05
Baxış sayı: 3



«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031