• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Polis əməliyyat keçirdi - Kriminal avtoritetlər tutuldu
 Gürcüstanın Kutaisi şəhərində cinayətkar qruplaşmanın 4 üzvü saxlanılıb.
Lideraz.Tv Publika.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Saxlanılan 1977-ci il təvəllüdlü “Tetron”, 1978-ci il təvəllüdlü “Çina”, 1991-ci il təvəllüdlü “Buta” ləqəbli kriminal avtoritetlər və 1983-cü il təvəllüdlü şəxs hədə-qorxu və şantaj yolu ilə vətəndaşlardan pul tələb ediblər. İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər külli miqdarda pul əldə etmək məqsədilə 1994-cü il təvəllüdlü vətəndaşdan onlayn totalizatorda “Toyota Land Cruiser Prado” markalı avtomobilin dəyərinin üçdə bir hissəsini – 10 min ABŞ dollarını hədə-qorxu gəlməklə alıblar.
Cinayətkar qruplaşma üzvlərini 4 ildən 7 ilədək həbs cəzası gözləyir.шаблоны для dle 11.2
Tarix: 9-08-2019, 13:00
Baxış sayı: 2



«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031