• Saytın MOBİL versiyasına keçid
Xəbər lenti
Hindistanda leysan yağışları böyük tələfata səbəb olub
 Hindistanın cənubundakı Kerala ştatında yağan leysan yağışları nəticəsində dünəndən etibarən 14 nəfər ölüb, 22 mindən çox əhali də təxliyyə olunaraq 315 düşərgəyə yerləşdirilib.
Lideraz.Tv “Report”a istinadən xəbər verir ki, ştatın baş naziriPinarayi Vicayan hərbçilərə və Milli Təbii Fəlakətlərə Cavab Qüvvələrinə yardım üçün müraciət edib. Meppadi şəhərində baş verən torpaq sürüşməsi nəticəsində minədək sakin təhlükəli vəziyyətdə qalıb.
Hindistan Meteorologiya Departamenti leysan yağışların avqustun 14-dək davam edəcəyini açıqlayıb. Ştatın 4 dairəsində qırmızı təhlükə səviyyəsi elan olunub. Ştatın paytaxtı Kollamdan başqa daha 12 dairə təbii fəlakətdən zərər çəkib.
Qeyd olunur ki, ştatın Koçin şəhərində yerləşən ən böyük beynəlxalq hava limanı su altında qaldığından şənbə günündən fəaliyyət göstərmir.шаблоны для dle 11.2
Tarix: 9-08-2019, 11:40
Baxış sayı: 35



«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031